Naxçıvanda mövcud olan bir sıra yeraltı su mənbələrindən nümunələr götürülüb -

Naxçıvanda mövcud olan bir sıra yeraltı su mənbələrindən nümunələr götürülüb

AZpress.AZ xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Coğrafiya şöbəsinin və Hidrogeologiya və mineral sular laboratoriyasının əməkdaşları Şahbuz rayonu ərazisindəki yeraltı su mənbələrinə (bulaq, çeşmə, mineral sular) ekspedisiyalar təşkil ediblər.
Ekspedisiya zamanı rayonun Badamlı kəndindən 3 km cənub-qərbdə, dəniz səviyyəsindən 1274 m hündürlükdə yerləşən 4 və 5 saylı mineral su bulaqlarından, Badamlı mineral bulağından 1,5 km cənub-qərbdə yerləşən Girdəsər mineral su bulağından, Gömür kəndindən 3 km cənub-qərbdə okean səviyyəsindən 2000 m yüksəklikdə yerləşən Gömür mineral su bulağından nümunələr götürülüb. Bundan başqa, Şəfa bulağı, Karvansara mineral su bulağı, Biçənək mineral suyu və “Söyüdlü” bulağı, Almalı bulaq və İşgə su bulaqları, Ağbulaq suyu, Batabat mineral bulağı, Zor bulaq, Şahbuz Şəfa bulağı və Böyrək suyundan da nümunələr götürülüb.
Götürülən nümunələrin makro və mikrokomponent tərkibləri, fiziki-kimyəvi xüsusiyyətləri, temperatur və pH-ları, minerallıqları öyrənilərək Kurlov düsturu əsasında sistemləşdiriləcəkdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Şahbuz rayonu ərazisindəki çoxsaylı yeraltı su mənbələri infiltrasiya xarakterli olub, zəngin mikroelement tərkibə malikdir. Ərazinin mineral suları aşağı minerallığa, hidrogen göstəricisi və temperatura malik süfrə və müalicəvi sular növünə aiddir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !