Lənkəran teatrının rejissoru Beynəlxalq festivalda iştirak edib - + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrının rejissoru Beynəlxalq festivalda iştirak edib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

AZpress.AZ xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru Emil Əskərov Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Teatr Festivalından qayıdıb. Sentyabrın 25-dən 30-a kimi davam edən bu sənət yarışmasında dünyanın 50-ə yaxın teatr truppasının qatıldığını deyən E.Əskərov bir çox maraqlı səhnə əsərlərini izləmək imkanı qazandığını bildirib. Onun sözlərinə görə, festivalda həmçinin gənc həmkarı Nuranə Dadaşova və teatrşünas Elçin Səfərov da iştirak ediblər:”Tbilisidən zəngin təəssüratlarla qayıtmışıq. Orada həmkarlarımızla məhsuldar görüşlər keçirdik, təcrübələrimizi bölüşdürdük. Fürsətdən istifadə edib bizə göstərdiyi etimada və bu cür mötəbər tədbirdə iştirakımızı təmin etdiyinə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )