Ədəbiyyat Muzeyində Ramiz Abutalıbovla görüş keçirilib -

Ədəbiyyat Muzeyində Ramiz Abutalıbovla görüş keçirilib

AZpress.AZ xəbər verir ki, AMEA  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində  Prezident təqaüdçüsü, tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbovla görüş keçirilib.
Muzeyin direktoru, akademik  Rafael Hüseynov  R.Abutalıbovun Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərindən söz açıb. Alimin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşamış ictimai- siyasi xadimlərimizin həyat və fəaliyyətləri ilə bağlı geniş araşdırmalar apardığını, onun Cümhuriyyət tarixinin görkəmli tədqiqatçılarından olduğunu qeyd edib. R.Hüseynov böyük alimin 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə Fransa prezidenti Jak Şirak tərəfindən bu ölkənin ən yüksək mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif edildiyini də diqqətə çatdırıb. R.Abutalıbov səmimi görüşə görə akademik R.Hüseynova təşəkkürünü bildirib, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tərəqqisi naminə mütəmadi olaraq görüşlərin, birgə konfransların təşkilində və elmi müzakirələrin aparılmasında
maraqlı olduğunu bildirib. Sonda R.Hüseynov qonağı cari ilin noyabr ayında Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində keçiriləcək “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfransa dəvət edib. Qeyd edək ki, R.Abutalıbov Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidməti
Nərgiz Qəhrəmanova 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !