Qalereya-1969 da Sarıbaş adlı sərgi keçirildi! - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy )

“Qalereya-1969”da “Sarıbaş” adlı sərgi keçirildi! +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy )

Sarıbaş kəndi XIV əsrdə yaşayış məskəni kimi formalaşmışdır. Cəlairlər Sarıbaş kəndinin ilk daima sakinləri olmuşdur. Kənd XVI əsrin ortalarında (1556) yerli azərbaycanlıların (türklər) və Dağıstandan köçüb gələn saxur ailələrin məskunlaşması nəticəsində daha da böyümüşdür. İlisu sultanlığı zamanı Sarıbaş mövcud 3 qrup kəndlər qrupundan Qaradolaq (İlisu) qrupuna daxil idi. Məhs Qaradolaq qrupuna türk mənşəli kəndlər daxil idi. (Sarıbaş, İlisu, Ağçay, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay). Kəndlər qrupunun Qaradolaq adlanması öz-özlüyündə əhalinin türk mənşəli olmasını göstərir. Regionda mövcud olan islamın şafiilik məzhəbinə zidd qeyri mühafizəkar dünyagörüşünə malik əhali qrupuna malikdir. Yerli əhalinin dünya görüşündə daha çox atəşpərəstlik və xristianlıqla bağlı elementlərin çoxluğu maraq doğurur.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 27- sentyabr 2018- ci il tarixində “Qalereya-1969”da “Sarıbaş” adlı sərgi açılmışdır.
AZpress.AZ xəbər verir ki, sərgidə Qax rayonun qədim tarixi və özünəməxsus ənənələri olan Sarıbaş kəndinə ezam olunan rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədovun rəngkarlıq əsərləri nümayiş olunmuşdu. Əsərlərdə kənd mənzərəsinin ecazkar görüntüləri rənglər vasitəsilə kətana elə həkk olunmuşdu ki, sanki o ab havanı əsərlərdən hiss etmək mümkün idi.
Sərginin təşkilində məqsəd kəndin təbiətini əks etdirmək, incəsənətin təsirli vasitəsi ilə insanlarda bu kənd haqda təsəvvür oyatmaq, tamaşaçıların, turizm şirkətlərinin diqqətini bu qədim diyara cəlb etməkdir. Azərbaycanın gözəl guşələrini gəzmək , onu sənətsevərlərə çatdırmaq böyük əmək tələb edən işdir. Bu yolda rəssamlarımıza sənət uğurları arzu edirik. Çünki, rəssamlar dünyanı bizə öz dünyalarında əks etdirən yeganə insanlardırlar.
Üç gün davam edən sərgidə nümayiş olunan əsərlər ölkəmizin digər şəhər və rayonlarında da sənətsevərlərə təqdim olunacaq.
AZpress.AZ,Minə Türksoy. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !