Aparıcı Zaur və "Toppuş bacı"ya: - o qədər xəstə və ölümlə üzbəüz dayanan insanlar var ki,...(+ViDEO)

Aparıcı Zaur və "Toppuş bacı"ya: o qədər xəstə və ölümlə üzbəüz dayanan insanlar var ki,...(+ViDEO)

“Zühal Topalla izdivac” verilişindən məşhurlaşan azərbaycanlı gəlin namizəd Esmira Zaur Baxşəliyev haqqında sərt ittihamlar irəli sürüb.

Publika.az xəbər verir ki, Esmira Zaur Baxşəliyevin xərçəng xəstəliyindən əziyyət çəkən Toppuş bacını (Tünzalə Əliyeva) verilişə sadəcə yardım etmək məqsədilə dəvət etmədiyini deyib. O, hesab edir ki, Toppuş bacıdan reytinq xatirinə istifadə olunur:

“Hara baxırıq Toppuş bacıdan söhbət gedir. Allah bütün xəstələrə şəfa versin. Bu, lağlağı mövzusu deyil, lağ da etmirəm. Lakin o qədər xəstə və ölümlə üzbəüz dayanan insanlar var ki, öləcəklərini bildikləri halda Zaur onları efirə çıxardıb reklam etmir. Tünzaləni reytinq xətrinə reklam edir. Mən özüm də əvvəllər evlilik verilişdə olmuşam. Onda bizə də ssenari yazırdılar ki, hansı hissədə ağlamaq və ya gülmək lazımdır. Aparıcı özünü artistliyə qoyurdu. İndi də Zaur özünü artistliyə qoyub”.

Ən kəskin fikirləri isə aktrisanın həyat yoldaşı haqqında olub:

“Azərbaycanda o qədər kasıb, xəstə və maşımı olmayan ailələr var. Tünzalənin neçə bahalı maşını var, əri sürür. Bir dəfə də görmədim ki, əri onun səhifəsində Tünzalə haqqında nə isə paylaşsın”.

Məlumat üçün bildirək ki, model olduğunu söyləyən azərbaycanlı gəlin namizəd Star TV-də yayımlanan evlilik verilişində iştirak edib. Bir müddət sonra isə onun transseksual olması və cinsiyyətini dəyişdirməsi haqqında xəbərlər yayılmışdı. Lakin o, bu xəbərləri təkzib etmişdi.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !