Nizami Gəncəvinin Xosrov və Şirin poeması nəfis şəkildə nəşr olunub -

Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması nəfis şəkildə nəşr olunub

AZpress.AZ xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin ikinci böyük poeması olan “Xosrov və Şirin”i nəfis şəkildə çap etmişdir. Kitab AMEA-nın gerçəkləşdirdiyi xüsusi layihəyə uyğun olaraq çapa tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Əməkdar rəssamı Fəxrəddin Əlinin poemadakı müxtəlif əhvalatlarla və obrazların düşdüyü situasiyalarıla bağlı çəkdiyi rəsmlər əsərin süjet xəttini tamamlamaqla bərabər, oxucunun hadisələrin cərəyan etdiyi tarixi dövrlə daha yaxından tanış omasına, bir növ hadisələrin iştirakçısına çevrilməsinə şərait yaradır.
Əsərin layihə rəhbəri AMEA-nın Prezidenti, akademik Akif Əlizadədir. Nizami irsinin xalqımıza çatdırılması istiqamətində mühüm addım sayıla biləcək bu kitaba AMEA-nın vitse-prezidenti akademik İsa Həbbibəyli redaktorluq etmişdir.
AMEA-nın Humanitar bölməsinin rəhbəri, akademik Teymur Kərimli kitaba yazdığı geniş ön sözdə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının dünya ədəbiyyatındakı yerindən danışmışdır. Nizami yaradıcılığına yeni rakursdan baxmağın vacibliyini vurğulayan alim əsərdə türklüyü və türk ruhunu göstərən beyt və hissələr üzərində xüsusi dayanmışdır. O, sovet ideologiyasına əsaslanan ədəbiyyatşünaslığın Nizami əsərlərinin məzmun və mahiyyətini uzun illər təhrif etdiyini vurğulayır və Azərbaycanın müstəqil olduğu hazırki dövrdə həmin səhvlərin düzəldilməsi istiqamətində görülən və görüləcək işlərə toxunmuşdur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !