Sona Vəliyeva: - Ay bu gözlüyün yiyəsi...

Sona Vəliyeva: Ay bu gözlüyün yiyəsi...

Ay bu gözlüyün yiyəsi
(əşyaların yaddaşı çox ağrılı olur...)

 

Gözlüyüm gözümün baş tacı
Ömrüm gözlüyün möhtacı...
Bir gün mən olmayanda
Oğlum, qızım kimi
gözlüyüm də çaşıb qalacaq,
Mənsizlik gözlüyümün
gözlərində bir cüt boşluğu
xatırladacaq.
Yoxluğuma inanmayacaq:
“ehh, o qədər evdə unudub məni,
görərsiz qayıdacaq.
Bir də mənsiz ötüşməz ki”-
deyəcək,
həsrətlə qapıya boylanacaq,
Gedişimə inanmayacaq.
üzümü görməyincə,
səsimi eşitməyincə,
Evin sükutundan xəbər alacaq:
“mənim gözlərimi görməmisiz?”,
Cavab almayınca,
şüşə dilində, şüşə səsiylə
hönkürüb ağlayacaq.
Bir vaxt göz üstə qoyulan
Indi gözdən düşəcək,
Evdə yeri olmayacaq.
Gərəksiz görünəcək
hər an məni xatırlatdığından
Doğmalarım uzaqlaşmaq istəyəcək.
Sonra, sonra kiməsə veriləcək
Nə olduğunu anlayınca
bumbuz tər basacaq üzünü
gözlüyümün.
Yeni sahibinə yovuşmayacaq,
alışmayacaq,
Bir vaxt işıq saçan qəlbi, gözü
yeri, göyü görməyəcək:
“adam adama bənzər, gözlər gözlərə bənzəməz”
deyəcək, dözməyəcək.
Mənə doğmalaşdığı kimi
başqasına yad olacaq.
Ümidlə, həsrətlə yollara baxacaq
Min-min göz içindən
gözlərimi axtaracaq.
Tapmayınca şüşə bağrı çatlayacaq.
Beləcə hamıdan çox
xiffətimi çəkəcək.
Ömür sirdaşım, göz əkizim,
İşıq üzüm, vəfalı gözlüyüm.

(Sona Vəliyeva)

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !