Təlim çərçivəsində jurnalistlərin Samur gömrük postuna səfəri təşkil olunub - (+FOTOLAR)

Təlim çərçivəsində jurnalistlərin “Samur” gömrük postuna səfəri təşkil olunub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Sentyabrın 26-da kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postuna səfər edib.
Tədbir Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün təşkil etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim çərçivəsində baş tutub.
Öncə media nümayəndələrinə “Samur” gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verilib. Jurnalistlər idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırılıb, gömrük-sərhəd keçid məntəqəsində gömrükçülərlə birlikdə gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak ediblər.  

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !