Kərim Kərimli: - ŞUŞADA PAYIZ...(+FOTOLAR)

Kərim Kərimli: ŞUŞADA PAYIZ...(+FOTOLAR)

AZpress.AZ xəbər saytı Kərim Kərimlinin Şuşa haqqında yazdığı şeirini oxucularla bölüşür:

Şuşada yazılan sonuncu payız şeiri...

 

ŞUŞADA PAYIZ

 

Payızda min büsat qurur bu yurdlar,
Meşələrin cilalanır yaxası...
Sıxdıqca gözünü göydə buludlar,
Sellər-sular hayqırası, axası...

 

Titrəyir saralıb, solan yarpaqlar,
Min bir qızıl rəngə çalan yarpaqlar.
Budaqda tək-tənha qalan yarpaqlar
Son mənzilə yollanası, uçası...

 

Durna qatarları köçübdü daha,
Çiçəklər tacından keçibdi daha,
Bülbül eşq zəhərin içibdi daha,
Aşiq gözlər leysan kimi yağası...

 

Bu növraq söndükcə çöldə, çəməndə,
Payız buludu tək doluram mən də...
Bir kədər vulkanı yatır sinəmdə,
İldırımtək çaxasıyam, çaxası!

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !