Vüsalə Babayevanın solo konserti keçirilib - +FOTOLAR ( AZpress.AZ - Nəriman İsmayılov )

Vüsalə Babayevanın solo konserti keçirilib +FOTOLAR ( AZpress.AZ - Nəriman İsmayılov )

AZpress.AZ xəbər verir ki, 22 sentyabr 2018-ci il tarixində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam mərkəzində Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayevanın solo konserti keçirilib. Pedaqoji elmlər namizədi, Əməkdar müəllim, Professor, Nərminə xanım Quliyevanın sinifində təhsil alan tələbənin müraciət etdiyi musiqi repertuarı bütün dinləyicilər tərəfindən olduqca maraqla qarşılanıb. Belə ki, ifaçı W.A.Mosart- Sonata KV457,c-moll, F.Şopen-Skerso № 2 op.31, F.Şopen-Böyük parlaq polonez,op.22, Qara Qarayev- “Eskiz”, S.Prokofyev- Sonata № 2 op.14, d-moll kimi texniki imkanları çətin olan musiqi parçalarını ifa edib.
Qeyd edək ki, pianoçunun məlahəti, müxtəlif rəngli səslər ilə ifası, fortepiano “rənglərinin” zəngin palitrasının sahibi olması, başqa sözlə desək, musiqi əsərlərinin bədii tələblərini yerinə yetirməsi kimi bir çox yüksək nüansları özündə cəmləşdirməsi onun peşəkar və parlaq ifaçı olduğunu bildirir.
Repertuar üzərində ki, iş prosesinin, müəllimin yaradıcı vəzifəsinin və fəaliyyətinin güclü təsiri nəticəsində tələbənin növbəti solo konserti gur alqışlar ilə uğurla sona çatıb. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !