KİRPİ uşaq yumoristik kinojurnalının ilk buraxılışı - (+ViDEO)

“KİRPİ” uşaq yumoristik kinojurnalının ilk buraxılışı (+ViDEO)

“KİRPİ” kinojurnalı maariflədirməklə yanaşı, ekranlaşdırılmış sağlam yumoru düzgün formada uşaqlara çatdırmaq üçün yaradıldı.
“KİRPİ” uşaq yumoristik kinojurnalı EJ Productionun ilk məhsuludur, kinojurnalın yaradıcısı və rəhbəri Cavid Şahbazbəyovdur, rejissoru Səməndər Rzayev, operatoru Rüstəm Məmmədov, koordinatoru Ceyhun Xalıqov, rəng və qrafika işi Fərid Əhmədov, rəssam işi isə Nəriman Abdul-Əliyevə məxsusdur. Layihənin baş sponsoru “Zeytun Bağları” Ticarət Markasıdır.
Kinojurnalın rəhbəri Cavid Şahbazbəyovun sözlərinə görə : “Uşaqlar yeni nəsil, yeni nəfəs, Azərbaycanın gələcəyidir, bu məqsədlə “KİRPİ” ilk uşaq yumoristik kinojurnalı sürətlə inkişaf dövrü yaşayan ölkəmizdə, müasir zəmanə ilə ayaqlaşaraq ətraf mühitdə, gündəlik həyatda baş verən hadisələri, məişət problemləri uşaqların dili ilə, yumorla tamaşaçıya çatdıracaq. İlkin olaraq kinojurnalımız rəsmi “KİRPİ” kanalında nümayiş olunacaq, lakin gələcəkdə tamaşaçılar “KİRPİ”ni televiziya verilişi formatında və ölkənin kinoteatrlarında izləyə biləcəklər ”.

http://kirpikinojurnal.az/
https://www.facebook.com/kirpikinojurnali
https://www.instagram.com/kirpi_kinojurnali/
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !