Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib - (+FOTOLAR)

Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 24 sentyabr 2018-ci il tarixində Bakı Musiqi Akademiyasının Ş.Məmmədova adına Opera Studiyasında görkəmli mügənni, SSRİ xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Konsertdə ilk öncə “Mədəniyyət” kanalının Baş direktoru, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru, Akademik Opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının Əməkdar Artisti Ramil Qasımov və Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi, Musiqişünas, pedaqoq, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarovanın çıxışları zamanı SSRİ xalq artisti Firəngiz Əhmədovanın yaradıcılığından bəhs edilərək yubiley gecəsi açıq elan olunub. Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin (dirijor: Nazim Hacıəlibəyov) müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin (Azər Zeynalov, Nərgiz Kərimova, Gülnaz İsmayılova, Afaq Abbasova, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, İnarə Babayeva, Çinarə Şirin, Zemfira İsmayılova, Taleh Yahyayev, Qərinı Kərimova) ifasında Ü.Hacıbəyli “Koroğlu” operasından Nigarın ariyası, Həsənxanın ariyası, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, M.Maqomayev “Nərgiz” operasından Nərgizin ariyası, F.Əmirov “Sevil” operasından Sevilin ariyası, “Azərbaycan elləri”, R.Mustafayev “Vaqif” operasından Xuramanın ariyası, C.Verdi “Aida” operasından Aidanın ariyası, C.Puççini “Madamebutterfly” operasından Çio-Çio-Sanın ariyası, F.Çilea –“Adriyenna Lekuvrer” operasından Şahzadə de Buyyonun ariyası, A.Zeynallı “Ölkəm”, J.Bize “Karmen” operasından Karmenin ariyası səslənib. Yubiley gecəsi gurultulu alqışlarla müşayiət olunub. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !