Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir - (+FOTO)

Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir (+FOTO)

Böyük Müəllim və Dövlət Adamı: Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir

AZpress.AZ xəbər verir ki, Azərbaycanın siyasi-ictimai xadimi, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir.

Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olub, orta məktəbi başa vurduqdan sonra, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru işləyib.

Murtuz Ələsgərov I, II və III çağırış Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə sədri seçilib. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub.

O, fəaliyyəti dövründə Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına mühüm töhfələr verib. M.Ələsgərovun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında müstəsna xidmətləri olub. 

Sənan Nəcəfov xatırlatdı

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !