Bakı Musiqi Akademiyasının Qarabağa gedən yol adlı layihəsi keçirilib - (+FOTOLAR)

Bakı Musiqi Akademiyasının “Qarabağa gedən yol” adlı layihəsi keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 21 sentyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qarabağa gedən yol” adlı layihəsi keçirilib. Azərbaycan Dövlət Fortepiano triosunun (Əməkdar artistlər: Elnarə Kəbirlinskaya (piano), Töhfə Babayeva (violin), Səbinə İbrahimova (cello), Xalq artisti Gülnaz İsmayılova (soprano)) ifasında Üzeyir Hacıbəyli “Aşıqsayağı”, “Sənsiz”, Tofiq Bakıxanov “Trio”, Müslüm Maqomayev “Nərgiz” operasından Nərgizin ariyası, Asəf Zeynallı “Ölkəm”, Vasif Adıgözəlov “Bakı”, Aqşin Əlizadə “Hüzn valsı”, Süleyman Ələsgərov “Romans”, Elza İbrahimova “Trio”, Niyazi “Arzu”, Fərhad Bədəlbəyli “Şuşa”, Fikrət Əmirov “Azərbaycan Elləri”, Qara Qarayev “Vals” kimi Azərbaycan bəstəkarlarının zəngin yaradıcılığından olan musiqi parçaları səslənib.
Müraciət olunan musiqi repertuarı bütün dinləyiclər tərəfindən rəğbət hissi ilə qarşılanaraq gur alqışlar ilə sona çatıb.
 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !