Tünzalənin faciəsindən reytinq ovlayanlara cavab... -

Tünzalənin faciəsindən reytinq ovlayanlara cavab...

Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan “Bizimləsən” proqramını tənqid edib.

O, son bir neçə gündür xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın efirə çıxarılmasına iradını bildirib.

Aktrisa sosial şəbəkədə qeyd edib ki, proqram heyəti həmkarını aciz göstərir və ona stres yaşadır:

“Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stresə soxmaq lazım deyil. Yaşadığı hər stres ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stresə soxmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır”. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !