Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib -

Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib

AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Minskdə Belarus Milli Elmlər Akademiyasının yaranmasının 90 illiyi və Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının 25 illiyi münasibətilə keçirilən beynəlxalq konqresdə iştirak edib.

Beynəlxalq konqresin rəsmi açılış mərasimində Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub. Sonra AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının sədri V.Q.Qusakova təbrik məktubunu səsləndirib.

Tədbirdə akademik A.Əlizadə məruzə ilə çıxış edərək Beynəlxalq Elmlər Akademiyası Assosiasiyası ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Konqresdə akademik Akif Əlizadə və AMEA-nın vitse-prezidenti İbrahim Quliyev Belarus Milli Elmlər Akademiyasının yaranmasının 90 illiyi ilə bağlı təsis edilən medalla təltif ediliblər. 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )