Hardasa ödəniş, hardasa gülərüz... - - Niyə belə olur? +FOTOLAR (AZpress.AZ, Esmira Günəş)

Hardasa ödəniş, hardasa gülərüz... - Niyə belə olur? +FOTOLAR (AZpress.AZ, Esmira Günəş)

AZpress.AZ xəbər saytı Esmira Günəşin yazısını təqdim edir:
 

Bu gün yolum mərkəzi poçta düşdü. Ancaq işimi həll edə bilmədim. Poçt açıq idi. İş saatı olmasına baxmayaraq, poçta yalnız bir-iki işçi var idi. İşçilərə yaxınlaşanda isə bildirdilər ki, sistem işləmir, komputerlər dayanıb heç bir əməliyyatı yerinə yetirə bilmirik, gedin başqa poçtlara müraciət edin. Oradan uzaqlaşıb başqa poçta müraciət etdim. İşçiləri çox mülayim, gülərüz, bütün müştəriləri beş dəqiqəyə rahat yola salırdılar.
Əslində ilk öncə başqa poçta getməyə çəkinirdim. Çünki Məhsəti qəsəbəsində yerləşən 21 saylı poçta əlavə ödəniş almadan səni yola salmırlar. Görəsən bu nə dərəcədə düzgündür belə ?
Mərkəzi poçt açıq olsa da işləmir, bəzi poçtlarda bizdən əlavə ödəniş tələb olunur, bəzilərində isə elə gözəl qarşılayıb yola salırlar ki, həmin poçta tez-tez yolun düşsün istəyirsən.
Deyəsən axı bu da vicdan məsələsidi. Kimi işinin öhdəsindən vicdanla gəlir, kimi də işindən istifadə edir, kasıb əhalini soyur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )