Lənkəran teatrı yeni mövsümə Biləsuvarda başlayayıb - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrı yeni mövsümə Biləsuvarda başlayayıb + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

AZpress.AZ xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrı özünün yeni mövsümünə ilk dəfə olaraq doğma səhnədən kənarda-Biləsuvarda start verib. Sentyabrın 18-də Biləsuvar Rayon Mədəniyyət Mərkəzində çoxsaylı sənətsevərlərin iştirakı ilə keçən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari-128-ci mövsümdə qarşıda duran vəzifələrindən danışıb.
Qeyd olunub ki, ötən mövsüm yaradıcı kollektiv üçün ümumilikdə uğurlu keçib. Belə ki, 2017-ci ilin dekabr ayının 1-dən 6-dək teatr İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edərək, bu mötəbər sənət yarışmasında diplomla mükafatlandırılıb. Truppanın Lerik və Astara rayonlarında səfərləri də böyük maraqla qarşılanıb.
Bildirilib ki ötən mövsümdə teatrda yeni - “Danabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib.
Kollktivin həyatında daha bir əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 may 2018-ci il tarixli Sərəncamı ilə teatrın aktyoru Niftulla Əsgərovun “Əməkdar artist” fəxri ada layiq görülməsi olub.
Hazırda teatrın rejissorları Adil Zeynalovun və Emil Əskərovun paralel olaraq iki səhnə əsərinin (başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların “Evlən, oğul, evlən!...” və Əjdər Olun “Meşəbəyinin dostları”) məşqlərini apardığını qeyd edən teatrın direktoru yeni mövsümdə sənətsevərlərə daha bir neçə maraqlı tamaşanın təqdim olunacağını, kollektivin həmçinin beynəlxalq teatr festivallarına və qastrol səfərlərinə qatılacağını söyləyib.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov çıxış edərək teatrın kollektivinə yaradıcılıq uğurları diləyib.
Açılış mərasimindən sonra yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası sənətsevərlərə təqdim olunub. Nataşa adlı bir rus qızının sərgüzəştlərindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları Əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Qızılgül Quliyeva, Allahverən Babayev, Səyad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.
Ağaddin BABAYEV, Lənkəran 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !