Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri nəşr olundu -

Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri nəşr olundu

AZpress.AZ xəbər verir ki, “Elm” nəşriyyatı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda saxlanan şəxsi arxivinin təsvirini çap edib. Burada Ü.Hacıbəylinin tərcümüeyi-halı, şəxsi sənədləri, notları və musiqi nəzəriyyəsi barədə tədqiqatlarının əlyazmaları, məktubları, ictimai fəaliyyəti ilə bağlı sənədlər və s. haqqında məlumatlar əksini tapıb. Buradaki materialları fil.ü.f.d., mərhum tədqiqatçı Elmira Əlibəyli, elmi işçi Aytən İmanova təsvir etmişlər. Kitabın elmi redaktoru Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimovdur.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )