Damla 4 milyon zərərə düşdü... -

Damla 4 milyon zərərə düşdü...

Müğənni Damlanın başına iş gəlib.

Minval.info xəbər verir ki, sənətçinin avqustun əvvəlində təqdim etdiyi “Sevmişdim” adlı klipi “Youtube”dən silinib.

Buna səbəb ifaçının müəllif hüquqlarını pozması olub. Belə ki, söz və musiqisi İlkin Həsənə məxsus mahnını ilk dəfə İradə Mehri 2016-cı ildə ifa edib və rəsmi hesabında paylaşıb.

Damla həmkarından icazə almadan mahnını ifa edib, klip çəkdirib. İradənin “Youtube”a müraciətindən sonra sözügedən layihə sosial şəbəkədən silinib. Damla isə məsələylə bağlı “Youtube”a müraciət etdiyini, tezliklə məsələnin həll olunacağını bildirib.

Damlanın silinən klipi “YouTube”da 4 milyon izləyici əldə etmişdi. Mahnıya çəkilən klip üçün də Damla bir neçə min manatından keçməli olmuşdu. Əgər klip bərpa edilməzsə İradə Mehri ilə Damla davasından sonuncu zərərli çıxmış olacaq.

Qeyd edək ki, İradə Mehri ilə Damla arasında qalmaqal bir müddətdir davam edir. İ.Mehri bu mahnıya 3 min manat pul ödəyərək aldığını və oxuduğunu bildirib. Damla isə həmin mahnını ondan icazəsiz oxuyub. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )