Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib - +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov, Minə Türksoy )

Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov, Minə Türksoy )

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq.


AZpress.AZ İnformasiya Agentliyinin məlumatına əsasən bildiririk ki, 15-sentyabr Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilmişdir.
1918-ci il sentyabrın 15-də böyük Türk qəhrəmanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Islam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu qələbə ilə həm ölkəmizin müstəqilliyinə yaranacaq ciddi təhlükə aradan qalxmış, həm də Bakı və ətraf rayonlarda erməni-bolşevik ağalığına son qoyulmuşdur.
Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Sovet əsarəti illərində bu hadisənin əhəmiyyətini məqsədli şəkildə unutdurmağa çalışılsa da, xalq Türk əsgərinin qəhrəmanlığını könlündə yaşatdı, onu heç bir zaman unutmadı.
1918-ci il martın 30-da Bakıda başlanan kütləvi qırğınlar 12 mindən artıq günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnmişdi. Tarixi faktlar o gün paytaxtın Türk əhalisinə tutulan divanın dünyanın ən vəhşi vandalizmləri ilə müqayisə oluna biləcəyini sübuta yetirir. O dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, orqanları doğranmışdı...” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Quduzlaşmış ermənilər müdafiəsiz insanları, xüsusən qadınları daha ağır işgəncələrlə öldürürdülər. Amma bu soyqırımı həyata keçirən qaniçənlər təkcə insanları qətlə yetirməklə kifayətlənmirdilər. Onlar şəhərin ən görkəmli məscidi sayılan Təzəpir məscidini aramsız top atəşinə tutub dəlik-deşik etmiş, Bakının ən möhtəşəm memarlıq incilərindən olan “Ismailiyyə” binasını yandırmış, Şirvanşahlar Sarayını güllə yağmurundan tanınmaz hala salmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmışdılar.
Bu gün artıq Azərbaycan güclü dövlətdir və onun həqiqətən güclü ordusu var. Bu gün dünya arenasında Azərbaycan da öz sözünü deyə biləcək gücdədir. Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı!
AZpress.AZ, Minə Türksoy.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !