ATMU-da 2018/2019-cu il tədris ilinin başlanması münasibətilə tədbir keçirilib - +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov, Minə Türksoy )

ATMU-da 2018/2019-cu il tədris ilinin başlanması münasibətilə tədbir keçirilib +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov, Minə Türksoy )

AZpress.AZ İnformasiya Agentliyinin məlumatına əsasən bilşdiririk ki, 15 sentyabr 2018-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində ilk dəfə tələbə adı qazanmış tələbələrlə tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə ilk olaraq birinci kurs tələbələrini təbrik edən ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov onlara təhsillərində uğurlar arzulayıb.
Sonra çıxış üçün söz ATMU-nun rektoru İlham Mədətova verilmişdir. Universitetin 12 illik fəaliyyəti dövründə ölkənin ali təhsil ocaqları arasında bir sıra nailiyyətlərə imza atdığını bildirən rektor qeyd edib ki, indiyədək universitetin bakalavriat pilləsini 2497 tələbə bitirib, onlardan 151-i magistr dərəcəsi alıb. ATMU-nun builki məzunlarından 19-nun Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin də diplomunu aldığını qeyd edən rektor ümumilikdə universitet məzunlarından 194-nün iki diploma sahib olduğunu bildirib.
Nəzərinizə çatdıraq ki , bu tədris ilində universitet tələbələrindən 3-ü Türkiyədə, 9-u Kiprdə, 47-si İsraildə, 4-ü Çində, 200-dən çoxu isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub.

Rektor vurğulayıb ki, yeni tədris ilində ATMU-ya 10 ixtisas üzrə qəbul olunan 441 tələbədən 211-i dövlət sifarişi əsasında, 230-u isə ödənişli əsaslarla təhsilini davam etdirəcək. Rektor İlham Mədətov ilk dəfə tələbə adı qazanmış tələbələri təbrik etmiş onlara təhsillərində ciddi olmağı tövsiyyə etmişdir.
Yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edən Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Qasımov ölkəmizdə turizm sektorunun inkişafından danışıb. O deyib: “Son illər regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxlu sayda yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində önəmli tədbirlərin təşkili qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafından xəbər verir”.
Azpress.Az məlumatına əsəsan bildiririk ki, sonda yüksək balla Universitetə qəbul olumuş tələbələ tələbə biletləri təqdim olunmuşdur.
AZpress.AZ,Minə Türksoy.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !