Rəssamların vətənpərvərlik etüdləri! - +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

Rəssamların vətənpərvərlik etüdləri! +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, Türkiyənin Azərbaycandakı Səfirliyi və Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə 6 sentyabrdan Xalq Cümhuriyyəti İli çərçivəsində Bakının İşğaldan azad olunmasının 100-illiyinə həsr olunmuş ilk dəfə olaraq Vətənpərvərlik Etüdlərinə start verildi. Layihə çərçivəsində Göyçay rayonunun Buğur kəndində, Qobustan Şəhərində, Neftçala rayonunun Bankə qəsəbəsindəki Türk Şəhidlərinin xatirəsinə həsr olunmuş abidələrə bir qrup tanınmış vətənpərvər rəssam ziyarət edərək abidləri öz xəyal güclərindən istifadə edərək müxtəlif rakurslardan kətanlara köçürdülər. İlk dəfə olaraq Bakının işğaldan azad olunmasının 100 iliyinə təsadüf edilən layihə rəssamlar tərəfindən maraqla və həvəslə qarşılandı. Etüdlərin davamı olaraq 11 sentyabr Bakı şəhərində Türk şəhidlərinin xatirəsinə həsr olunmuş abidədə və Şəhidlər xiyabanında baş tutdu. Etüd rəhbərləri Azərbaycan Rəssamlar İttifaqınn Üzvləri Elnurə və Aygün İsgəndərovaların bildirdiklərinə görə bu bir ilk olaraq böyük bir marağa səbəb olub və silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, əsərlər tezliklə sərgi şəklində sənətsevərlərə təqdim olunacaq.

AZpress.AZ, Minə Türksoy. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !