FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulmuşdur - (+FOTOLAR)

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulmuşdur (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Sentyabrın 12-14-ü tarixlərində Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubu və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Qəbələ şəhəri meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulmuşdur.

Yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ölkəmizdə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışmışlar. Qeyd olunmuşdur ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman növü üzrə çempionatda nazirliyinin müxtəlif qurumlarını təmsil edən 20 komandanın tərkibində 80-ə yaxın idmançı iştirak etmişdir. İki gün davam edən yarışın final mərhələsində nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdirimişlər.

Yarışda FHN-in Mülki Müdafiə Qoşunlarının komandası birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası ikinci, Kiçik Həcimli Gəmilərə Nəzarət və Sularda Xilaetmə Dövlət Xidmətinin komandası üçüncü yeri tutmuşdur. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Sima Səfərova ikinci, Mərkəzi Aparatın əməkdaşı Xatirə Şahverdi üçüncü yeri tutub. Kişilərin yarışında isə FHN-nin Akademiyasının kursantı Özcan Kərimov birinci, Şimal-Qərb Regional Mərkəzinin əməkdaşı Nurlan Əhmədov ikinci, Cənub Regional Mərkəzinin əməkdaşı Ehtiram Məmmədov üçüncü yerə çıxmışdır.

Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunmuşdur. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !