İspaniya Krallığının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Musiqi Akademiyasında olub - (+FOTOLAR)

İspaniya Krallığının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Musiqi Akademiyasında olub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki,13 sentyabr 2018-ci il tarixində İspaniya Krallığının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili İqnasiyo Sançez Taboada Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur. Cənab İ.S.Taboada BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşdür.
Görüşdə hər iki tərəfin musiqi mədəniyyəti haqqında söhbətlər aparılmış, qarşılıqlı mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri müzakirə edilmiş və bu istiqamətdə yeni addımlar atılmasına dair müzakirələr baş tutmuşdur. Belə ki, 2018-ci il oktyabr ayında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış ispan baritonu Luis Yanezanın konsertinin və ustadlıq dərslərinin keçirilməsi nəzərdə tutulmuşdur. Müzakirə zamanı, həmçinin, 11 oktyabr 2018-ci il tarixində İspaniyanın milli günü ilə əlaqədar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının da dəstəyi ilə konsertin keçiriləcəyi qeyd edilmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )