Ağdam məktəbləri yeni dərs ilinə hazırdır. - + FOTOLAR (AZpress.AZ Maya Quliyeva, Qarabağ )

Ağdam məktəbləri yeni dərs ilinə hazırdır. + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

AZpress.AZ xəbər verir ki, 2017-2018-ci tədris ilində Ağdam rayonunun ümumtəhsil məktəbləri təhsildə uğurlu nəticələr əldə edib. “Təhsildə keyfiyyət ili" çərçivəsində məktəblərin idarə olunması, səmərəli təhsil mühitinin formalaşdırılması, təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri təbliğ etmək məqsədilə müsabiqələr keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil olunub. Tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb.
Ağdam rayonunda keçirilən ənənəvi sentyabr Konfransında ötən tədris ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, ötən dərs ilində rayonda 135 ümumtəhsil məktəbi, o cümlədən 117 tam orta, 17 ümumi orta, 1 ibtidai məktəb fəaliyyət göstərib.
Konfransda Ağdamlı məzunların ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr göstərdiyi bildirilib. Məlumat verilib ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirib sənəd verən 1015 nəfər məzundan 577 nəfəri nəfər müxtəlif ali məktəblərə qəbul olub. Qəbul imtahanlarında məzunlardan 126 nəfəri 500-dən yuxarı, o cümlədən 42 nəfəri 600-dən çox bal toplayıb.
Tədbirdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər qeyd olunub. Belə ki, Rayonun təhsil ocaqlarında cari təmir işləri aparılaraq, səliqə-sahman yaradılıb, yaşıllıqlar salınıb və məktəblər yeni dərs ilinə hazırlanıb.
Konfransda çıxış edən təhsil nazirliyinin nümayəndəsi Humeyir Əhmədov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Nazirliyin nümayəndəsi "Bilik Günü" münasibətilə təhsil işçilərini təbrik edərək bir sıra digər həlli vacib məsələləri qeyd edərək, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb.
Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək, əvvəlcə bütün təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik edib onlara uğurlar arzulayıb. Rayon icra hakimiyyətinin başçısı təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən və təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb. Bildirib ki, ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafına daim diqqət və qayğı göstərilmiş və bu qayğının nəticəsi olaraq hər il təhsil sahəsində yüksək inkişaf hiss olunmaqdadır. Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov nailiyyətləri qeyd etməklə bərabər rayonda təhsil sahəsində olan mövcud nöqsanlarında olduğunu diqqətə çatdıraraq, onların aradan qaldırılması üçün ciddi tapşırıqlar verib
Konfransda qabaqcıl təhsil işçilərinə fəxri fərmanlar təqdim edilib. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )