Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium olacaq -

Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium olacaq

Hörmətli KİV nümayəndələri!

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Bakıda “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayır.

13 sentyabr, saat 09:30-da Ulu öndər Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanı və Bakıdakı Türk şəhidliyi ziyarət olunacaq.

Simpoziumun açılış mərasimi 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının dairəvi zalında (1-ci mərtəbə) olacaq.

Sizi beynəlxalq elmi konfransa dəvət edirik.

Elmi konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzidir.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

 

Hörmətlə,

Nazim Xəlilov

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )