Əfqanıstan Respublikasının Müstəqilliyinin 99-cu il dönümü keçirildi! - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy )

Əfqanıstan Respublikasının Müstəqilliyinin 99-cu il dönümü keçirildi! +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy )

AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, 7 sentyabr 2018-ci il tarixində Bakıda Əfqanıstanın müstəqilliyinin 99-cu ildönümü münasibətilə qəbul təşkil olunub. Tədbirdə ilk olaraq Azərbaycanın və Əfqanıstanın dövlət himnləri səslənib.
Əfqanıstan Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafından danışaraq deyib: Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahədə əməkdaşlıq mövcuddur. 2017-ci ildə Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransını təşkil etməklə növbəti dəfə Əfqanıstana beynəlxalq siyasi dəstək nümayiş etdirdi. Konfrans çərçivəsində mühüm sənədlər imzalandı. Bu sənədlər siyasi, iqtisadi, təhsil, aviasiya sahələrini əhatə edir”.
Cənab səfir bildirib ki, iki ölkə arasında münasibətlər səmimi dostluğa və qarşılıqlı hörmətə söykənir. Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına sadiqdir və ölkəmizin etibarlı tərəfdaşıdır.
Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov çıxış edərək əlamətdar gün münasibətilə əfqan xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir, hər iki xalqı tarix və mədəniyyət birləşdirir. Müxtəlif sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. “Azərbaycanda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi təkan verdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən Əfqanıstanın da faydalanması bu ölkənin inkişafına böyük töhfə verəcək. ADA Universiteti tərəfindən əfqanıstanlı tələbələrin bu təhsil ocağında təhsil almaları üçün yaxşı imkan yaradılıb. Həmçinin Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını 120-yə çatdırıb”, - deyə Ramiz Həsənov vurğulayıb.
Nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsinə yüksək qiymət verildiyini bildirmişdir.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Sonda cənab səfir gələn qonaqlarla xatirə şəkilləri çəkdirmişdir.
AZpress.AZ, Minə Türksoy.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )