Qızımı öldürüblər, əl izləri var... - (İntihar edən sevgililər haqqında yeni versiya) (+VİDEO)

Qızımı öldürüblər, əl izləri var... (İntihar edən sevgililər haqqında yeni versiya) (+VİDEO)

Space Tv-də son günlərin ən çox izlənilən sosial layihəsi olan “Gəl Dərdini Danış” verilişində inanılmaz anlar yaşanıb.

Bir neçə gündür Qəbələdə intihar edən sevgililər haqqında məlumatlar dolaşır. Belə ki, avqustun 28-də rayon sakini, 23 yaşlı Elçin Mirsahibli və 34 yaşlı Günel Dadaşovanın asılmış vəziyyətdə meyitləri aşkar edilib.

İlkin məlumatda qonşuluqda yaşayan mərhumlar sevgi münasibətində olduqları deyilirdi. Sakinlər bildirmişdilər ki, onlar evlənmək istəsələr də valideynlər bu evliliyə razı olmayıblar. Onların evlilik məsələsinin baş tutmayacağını düşünərək intihara qərar veriblər.

Hadisə günü E.Mirsahib G.Dadaşovanın yaşadığı evə gəlib və əvvəlcə həyətdə olan yarımtikilidə qadını asaraq öldürüb, daha sonra isə özünü sevgilisinin yanında asaraq intihar edib. G.Dadaşova əvvələr ailəli olub və onun 7 yaşlı oğlu var.

Minval.info xəbər verir ki, gəzən söz-söhbətlərlə bağlı intihar etdiyi deyilən Günel Dadaşovanın anası “Gəl Dərdini Danış” verilişində açıqlama verib.

“Atasına, anasına xəbərdarlıq etdim. Oğlana əl çək, qızımdan uzaq dur dedim. Qızım evlidir, əri var, sağdır. Ailəsi ilə danışdım, oğlanı Bakıya göndərdilər, yenə qayıtdı. Əl çəkmirdi, deyirdi “sevirəm Güneli, evlənmək istəyirəm”. Qızım da razı deyildi. “Mən uşağımı böyüdəcəm” deyirdi, amma faydası olmadı. Qızın əri var. Neçə vaxtdır yoxa çıxmışdı. O da tapılıb çıxıb ortaya. Mənim qızım intihar etməyib. Onu zorla öldürüb. Qapını qırıb, girib içəri, qızıma dərman içirdib, yatızdırıb. Sonra da öldürüb. Qollarında oğlanın barmaqlarının izi var idi” – deyən Günelin anası, məsələnin intihar yox, qətl olduğunu iddia edib.

“Oğlanın məktubu da tapılıb. Məktubda yazılıb ki, “Mən Elçin Güneli öldürürəm. O ya mənim olmalı idi, ya da qara torpağın”

Dəhşətli anları ilk dəfə Amil Xəlilə danışan ana gəzən söz-söhbətlərə son verilməsini xahiş edib.

Verilişdə baş verən inanılmaz anları sizə təqdim edirik.

Qeyd edək ki, veriliş Amil Xəlilin təqdimatında Space Tv-də həftə içi hər gün saat 16:00 da yayımlanır. Verilişin informasiya dəstəkçisi “minval.info” saytıdır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !