Sona Vəliyeva: - Qardaşım Kefli İsgəndərə birinci məktub

Sona Vəliyeva: Qardaşım Kefli İsgəndərə birinci məktub

Sən keflisən qardaş,
düz, ya əyri,
nə desən, inanan tapılmaz.
Mənə de bildiklərini,
tək çəkmə bu millətin dərdini,
qədrini bilən olmaz.
Bir də, bu dərd köhnə dərddir,
sağalmaz.
Əziz qardaş, xəbərin var?
Xudayar bəy kəndxudalıqdan
milyoner olub.
Neylədi, latın əlifbasını
öyrənə bilmədi,
indi kitab yazdırıb,
professor olmaq eşqinə düşüb.
Dərd elə köhnə dərddi.
Şeyx Nəsrullah şəhərin mərkəzində
ofis tikdirib.
Ölü diriltmir, pul dirildir.
(Bilir axı, xəbərimiz var, ölü dirilmir)
Nazlını ata-anası deyil,
Rusetə gedən əri
özü şeyxlə tanış edib.
Görürsən, dərd elə
köhnə dərddi.
Sadəcə eni, uzunu,
bir az da licimi dəyişib.
Sənin yerinə indi
Məmmədhəsən əminin oğlu
əcnəbi dil öyrənir -
ərəb dili yox, ingilis dili.
Eşidib "Socar" ağıllıları
xaricə oxumağa göndərir.
Təzə bir dərd
kişiləri təngə gətirib.
"Gender bərabərliyi" deyib,
aləmə car çəkir.
Sən oxumuş oğlansan,
ağlın nə kəsir?
Teleqrafçı Baxşəli yadında?
20 il sonra indi o da
qaçqın haqqını tələb edir.
Deyirlər,
Avropa Məhkəməsinə
məktub da göndərib.
(əvvəl yadındamı,
o kəndin adamları
Həzrət Abbasa
məktub göndərirdilər)
Hamının məsləhət yeri
Mirbağır ağa elmini atıb.
Çindən mal gətirib,
ömrünü-gününü topdan satır.
Pərinisə də
"hürriyət"in mənasını öyrənib,
"Eurovision"a səsi çatmadığından
sponsoru onu,
"Toylar kraliçası"na göndərib.
Bax,
dərd elə köhnə dərddir.
ANLAMAQ dərdi.
Sən çox fikir eləmə,
bir də, bacın qurban,
ta içmə...
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !