Sona Vəliyeva: - Səsimi tanımadı atam...

Sona Vəliyeva: Səsimi tanımadı atam...

Səsimi tanımadı atam...

 

Belə övladlıqmı olar,
Məni tanımadı atam.
İçimdən elə yıxıldım,
Gördüm ki, özümə yadam(müəllif)

 

Səsim yad olunca özümü üzdü,
Dünyada yerim yox, ümid Allaha.
Halımı səsimdən duyan atamın
Bəlkə, yaddaşında mən yoxam daha.


Zəhmətə bükülü ömrün yükünü
O yenə tək çəkər, tənha yaşayar.
Küləyin “çağırışı” – yalançı ümid.
Qapıya yüyürər ,bəlkə, gələn var.


Biz də daşürəkli, ildə bir kərə,
Gedib gözlərini güldürə billik.
Yır-yığış başlayar yenə geriyə,
Üzündə boynunu bükər yetimlik.


Yaddaşı da haqlı, incik könlü də,
Çatan pay-barxana oğul, qız deyil.
Biz qalaq o yana, anam köçəndən
Bəzən öz sözü də xətrinə dəyir.


Mən elə bilirdim illər ötsə də,
Bir ovuc gülüşüm qalar yadında.
Güləndə yanağı batan qızını,
Eşidər hər xəfif yel qanadında.


Səs-küyü sükuta satılan evin
Yayda da divarı, daşı isinməz.
Atamın yaddaşı, mənim sevincim,
Anamla köç etdi, geriyə dönməz.


Hisslərin üsyanı uzansa bəzən,
Həyat qanunları boynunu burar.
Əzabla böyüdüb yola saldığın
Övldla aranda məsafə durar.


Aradan ərk itər, yollar ayrılar,
Hər övlad ocağı, tale bəxşişi.
Bizi buyurmağa heç vaxt qıymayan,
İndi tək qalmağa qıyılan kişi.


Yük olmaq istəməz ata övlada-
Dünyanı vəd elə, qayğıya belə.
Nəfəsi əl kimi çiynimizdədir,
Güc verir yaşayaq, yaşayaq hələ.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !