Lənkəran teatrı yeni mövsüm üçün hədəflərini müəyyənləşdirib - (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrı yeni mövsüm üçün hədəflərini müəyyənləşdirib (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Dram Teatrında yeni mövsüm öncəsi yaradıcı və texniki heyətin birgə yığıncağı keçirilib. AZpress.AZ saytı xəbər verir ki, tədbirdə teatrın direktoru Tofiq Heydərov, baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov və quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov çıxış edərək kollektivin ötən mövsümdə əldə etdiyi nailiyyətlərdən və yeni mövsumdə qarşıda duran vəzifələrdən söz açıblar.
Bildirilib ki, ötən mövsüm kollektiv üçün ümumilikdə uğurlu keçib. Belə ki, 2017-ci il dekabrın 1-dən 6-dək teatr İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edərək, bu mötəbər sənət yarışmasının diplomu və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Truppanın qonşu Lerik və Astara rayonlarında yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə çıxışları da maraqla qarşılanıb.
Ötən mövsümdə teatrda yeni - “Danabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib.
O da vurğulanıb ki, ötən mövsümün ən yaddaqalan hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə teatrın aparıcı aktyoru Niftulla Əsgərovun “Əməkdar artist” fəxri ada layiq görülməsi olub.
Yığıncaqda həmçinin teatrın yeni mövsüm üçün hədəfləri açıqlanıb. Bildirilib ki, kollektivin sentyabrın 20-də yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə özünün 128-ci mövsümünə Biləsuvarda başlayacağı nəzərdə tutulub.
Hazırda teatrın rejissorları Adil Zeynalov və Emil Əskərov paralel olaraq iki səhnə əsərinin (başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların “Evlən, oğul, evlən!...” və Əjdər Olun “Meşəbəyinin dostları”) məşqlərini aparırlar. Yeni mövsümdə sənətsevərlərə daha bir neçə maraqlı tamaşa təqdim olunmaqla yanaşı, kollektiv həmçinin beynəlxalq teatr festivallarına və qastrol səfərlərinə qatılacaq.
Ağaddin Babayev, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !