Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümünə start verdi... - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümünə start verdi... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, yaranmasının 50-ci ildönümünə qədəm qoyan Sumqayıt Dövlət Dram Teatrının kollektivi sentyabrın 1-də növbəti məzuniyyəti başa vurub bütün heyətlə işə başlamışdır.
Sentyabrın 1-də teatrda keçilən toplantıda teatrın direktoru Əməkdar Artist Mübariz Həmidov yeni 50-ci yubiley mövsümü münasibəti ilə kollektivi təbrik edərək, yeni teatr mövsümündə görüləcək işlər, hazırlanan yeni tamaşalar barədə kollektivə ətraflı məlumat verdi. “ Bu ilki mövsüm bizim teatr və şəhərimiz üçün xüsusi önəm daşıyır. Bilirsiniz ki, ölkə başçımız Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalamışdır.
Bu gündən etibarən biz kollektivlə birgə oktyabr ayında keçirəcəyimiz yubiley tədbirinin keçirilməsinin hazırlıq işlərinə başlayırıq. Şübhəsiz ki, Azərbaycan Milli Peşəkar Teatrının ayrılmış qolu olan Sumqayıt Dövlət Dram Tearının yubileyi şəhərimizin adına və teatrımızın şanlı yaxın keçmişinə layiq olmalıdır. Əminəm ki, biz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarıməsrlik yubileyimizi möhtəşəm və yaddaqalan şəkildə keçirəcəyik”-deyə teatrın direktoru Mübariz Həmidov çıxışında qeyd etdi.
Daha sonra teatrın rəhbəri teatrın daxili nizam intizamına riayət edilməsi və yeni hazırlanan tamaşalar barədə də məlumat verərək, kollektivə yeni mövsümdə yeni sənət uğurları arzuladı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !