Sona Vəliyeva: - ŞÜBHƏ

Sona Vəliyeva: ŞÜBHƏ

ŞÜBHƏ

 

Şübhə şeytan oyunu,
Şübhə olmuşdan betər.
O evi şübhə yıxdı,
Yetər, şübhələr, yetər! (müəllifdən)


Taleyini yel aparar,
Gülüşün üzündən salar.
İnam verər, şübhə alar
Şübhələrdə itən adam.

 

Elə süzülür göz yaşı,
Nə düşünür qəlbi, başı?
Özü boyda şübhə daşın
İçində gəzdirən adam.

 

Közərir, alışmır, bilmir
Düz deyib, ya çaşıb – bilmir,
Özüylə savaşır, bilmir
Şübhələrə dönən adam.

 

Saralan, solan ülfətdi,
Adiləşən məhəbbətdi,
İtən dözüm, dəyanətdi
Eşq ocağı sönən adam.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !