Azərbaycan naxışları qardaş Qırğız ölkəsində -

Azərbaycan naxışları qardaş Qırğız ölkəsində

2-8 sentyabr 2018-ci il tarixində Qırğızıstan Respublikasında keçiriləcək III Ümumdünya Köçəri Oyunları və Beynəlxalq Etnomədəniyyət Festivalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova iştirak edəcəkdir. Festivalda modelyerin yaratdığı 15-dən artıq milli və müasir moda nümunələri sərgilənəcəkdir.

Gülnarə Vidadi qızı Хəlilova 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildən “Gülnarə Xəlilova MODA EVİ”-ni təsis edərək modelyer-dizayner kimi fəaliyyət göstərir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Bir çox operettaların yeni quruluşlu tamaşalarının obrazlarına geyim nümunələri hazırlamışdır. 2010-cu ilin iyun ayında Türkiyədə Beynəlxalq Ənənəvi Moda Nümayişində hazırladığı milli geyimləri nümayiş etdirilib. “Azərbaycanın qədim geyim mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.

Gülnarə Xəlilova 2012-ci ildə “Azərbaycan Milli Geyim Ocağı”-nı təsis edərək rəhbərlik edir. “Milli Geyim Günü”-nün təsis edilməsinin təşəbbüskarıdır. ”Kişiləri qoruyun”, “Aktrisa” filmlərinin geyim üzrə rəssamı olmuşdur. 2010-cu ilin fevral ayında Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərinin məşhur kitabxanasında yaradılmış Azərbaycan guşəsinə milli geyim nümunələrini təqdim etmişdir. 2010-cu ilin may ayında Çin Xalq Respublikasında keçirilən ənənəvi “Beauty Of The World 2010” beynəlxalq gözəllik müsabiqəsində Azərbaycanı təmsil edilməsi üçün təqdim olunmuş geyim “Ən gözəl ziyafət paltarı” nominasiyasında birinci yerə layiq görülmüşdür.

G.Xəlilova 2014-cü və 2015-ci illərdə Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən Moda Həftəsinin mükafatlarına layiq görülmüşdür. 2015-ci ilin aprel ayında işləri “Bakı-2015” birinci Avropa oyunlarının təqdimatı çərçivəsində Londonda nümayiş etdirilmişdir. 2015-ci ilin iyul ayında Rusiya Federasiyasının İrkutsk şəhərində keçirilən VI Beynəlxalq Etnik Kostyumu Festivalında milli geyim kolleksiyasından geyimlər nümayiş etdirmişdir. 2016-cı ilin noyabr ayında Rumıniyanın mədəniyyət mərkəzi olan Yassi şəhərində keçirilən ənənəvi Moda Həftəsində “Xalçaların dili” geyim kolleksiyasını nümayiş etdirmiş və tədbirin mükafatına layiq görülmüşdür.

Geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunmuş bir neçə kitabların, ali məktəblərdə tədris olunmaq üçün nəzərdə tutulmuş dərsliyin və kataloqların müəllifidir. 2005-ci ildən indiyədək Heydər Əliyev fondunun və Azərbaycan Dövlət Televiziya Şirkətinin birgə layihələri əsasında keçirilən Muğam İfaçılığı müsabiqələrinin aparıcılarının milli geyimlərinin tərtibatını vermişdir.

Gülnarə Xəlilova 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2014-2015-ci illərdə Dövlət Rəssamlıq Akademiyasında müəllim kimi fəaliyyət göstərmişdir. 2017-ci ildən Xəzər Universitetində müəllim kimi çalışır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !