Sizcə bu kədərlidir? - - ƏSA Teatrından yeni sosial VİDEO

Sizcə bu kədərlidir? - ƏSA Teatrından yeni sosial VİDEO

İnklüziv ƏSA Teatrı əlilliyi olan şəxslərlə bağlı növbəti sosial çarxını təqdim edib.

İnklüziv yaradıcılığın cəlbedici tərəflərindən danışan teatrın baş meneceri Nicat Qulam bildirib ki, bu sosial çarxın hazırlanmasında məqsəd cəmiyyətə müsbət mesaj verməkdir:
“Yarandığı gündən inklüziv yaradıcılığı ölkədə və dünyada təbliğ edən ƏSA Teatrı bu sosial çarxında da əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayır. Hər birimiz əlilliyi olan şəxslərə qarşı daha həssas, diqqətli olmalıyıq. Sadə bir təbəssümün nələrə qadir olduğunu vurğulamaqla, hamını humanizm prinsiplərinə söykənən bəşəri dəyərləri təbliğ etməkdə bizimlə həmrəy olmağa çağırırıq.”

N.Qulam onu da qeyd edib ki, cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı münasibət dəyişilərsə, bu cəmiyyətin inkişafına öz töhfəsini verəcək: “Adətən, əlilliyi olan şəxsləri görəndə insanların əksəriyyətinin üzündə onlara yazığı gələn bir cizgi formalaşır. Əslində bu əlilliyi olan şəxsə qarşı mərhəmət deyil, yumşaq deyimlə kobudluqdur. Həmçinin əlilliyi olan şəxslər fiziki imkanlarının məhdudluğuna görə pessimistliyə qapılmamalı, əksinə daim pozitivliyin axtarışında olmalıdır. Bizim də məqsədimiz bu kimi xoşagəlməz halların aradan qalxmasına nail olmaq, cəmiyyətə pozitivliyi aşılamaqdır. Əlilliyi olan şəxslərin cəmiyyətə adaptasiya olunması üçün onlara qarşı münasibət müsbət yöndə dəyişməlidir. Əlilliyi olmaq həyatın sonu deyil və əlillik heç vaxt yaradıcı fəaliyyətə mane ola bilməz.”

Qeyd edək ki, sentyabr ayının 3-də 2 yaşı tamam olacaq ölkənin ilk inklüziv teatrı rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub. ƏSA Teatrı gənc olmasına baxmayaraq, böyük layihələr həyata keçirib.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !