Ilgar Aliyev Models Fashion Night 2018 adlı möhtəşəm mərasim baş tutub. - +FOTOLAR ( AZpressAZ - Nəriman İsmayılov )

“Ilgar Aliyev Models Fashion Night 2018” adlı möhtəşəm mərasim baş tutub. +FOTOLAR ( AZpressAZ - Nəriman İsmayılov )

 17.08.18 tarixində Şıx cimərliyində yerləşən “Mambo Beach Club&Restourant”-da “Ilgar Aliyev Models Fashion Night 2018” adlı möhtəşəm mərasim baş tutub. Artıq 2ci ildir ki, kecirilməyinə baxmayaraq qısa zamanda layihəyə maraq kifayət qədər çoxalib. Məqsəd yeni modelleri insanlara təqdim etmək, Azerbaycanda Model sənətinə olan fikri yaxşı tərəfə yonəltmək və inkişaf etdirməkdir.
Bir çox məşur simalar, muğənni, model, fotoqraf, rejissor, stilist ve aktyorların da qatıldığı mərasim surprizlərlə dolu olub. Gecənin aparıcısı Cavid Gül ilk olaraq tədbiri ərsəyə gətirən Ilqar Əliyevi səhnəyə dəvət edib.
İlqar Əliyev hamını salamlayıb ve bildirib ki, artıq 2 ildir ki özünün “Ilqar Aliyev Model School” adlı model məktəbini açıb və yeni modellər yetişdirir. O əlavə edib ki, Model məktəbi əslində təkcə model olmaq istəyənlər üçün deyil. Burada həm yerişinə, duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün, yerində istifadə etmək istəyənlər, kamera ile düzgün işləmək istəyənlər, düzgün bədən dilinin olması, özünü düzgün təqdim etmək istəyən, bir sözlə baxımlı, zövqlü olmaq istəyənlərin məktəbidir. Bu defiledə siz bəlkədə gələcəyin aktyor, aparici və modellerini görəcəksiz.

(Nəzərinizə catdıraq ki Ilqar Aliyev ” Best Model of Azerbaijan 2004” milli gozəllik və model yarişmasının qalibidir. Artıq 15 ildir ki bu sahədə calışır. Bir cox reklam, seriallarda çəkilib, məşur brendlərin defilelərində yer alıb və siması olub. Azərbaycanı dünyada təmsil edən ilk Modellərdəndir.)

Daha sonra ilqar aliyev model məktəbinin 4aylıq kurslarını bitirən 5-25 yaş arası 40a yaxın tələbə ilk dəfə öz numayişlərini göstəriblər. Ilk olaraq Modellər podiuma Paulmark&Ladysharm brendinin geyimləri ilə cıxıblar. Daha sonra fərqli bir defile olub, modeller məkana gətirilən Harley Davidson Bakunun motosikletləri fonunda həmən brendin geyimlerində podiumda yeriyiblər. Bütün modellerin ayaqqabıları ise yerli brend olan Cəkməci Bakudan təqdim olunmuşdu.
Modellərin saç düzümləri və makiyajları dünya brendi olan Schwarscopf Azerbaijan gözəllik salonunun professional ustaları tərəfindən edilmişdi. Sevilən mugənnilər Yaşar Yusub ve Ramil Nabran öz mahnıları ilə tədbirə rəng qatıblar. Gecənin sonuna yaxın İlqar Əliyev tərəfindən modellərə diplomlar, mərasimin təşkilatcılığında kömək olan şirkətlərə isə teşəkkürnamələr təqdim olunub.
sonda Sirr Şirniyyat evindən hediyyə gələn böyük tort kəsilib.
Mərasimin sonu isə Dj China ilə davam edib.

Təşkilatı dəstək Bəhruz Qəlbinur, Carousel Wedding&Party, Vmf, Byzade, Myprint.

Nəzərinizə catdırırıq ki, Ilqar Aliyev Model Məktəbinə qeydiyyat avqust ayının 25indən başlayır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !