Rayonların icra başçılarına müraciət: -

Rayonların icra başçılarına müraciət:

 Dövlət BaytarlıqXidməti diri heyvanların satışı aparılan rayonların icra başçılarına müraciət ünvanlayıb

 

Dövlət Baytarlıq Xidməti diri heyvanların satışı aparılan rayonların icra
hakimiyyəti  başçılarına müraciət ünvanlayıb. Müraciətdə ölkə ərazisində
mövcud olan epizootik vəziyyətin sabitliyinin təmin edilməsi və zoonoz
xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər
çərçivəsində rayonda fəaliyyət göstərən diri heyvanların satışı aparılan
bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata
keçirilməsinə zərurət yarandığı bildirilir.
Müraciətdə rayon baytarlıq idarələrinin mütəxəssisləri tərəfindən qeyd
olunan tədbirlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun rayon
ərazisində operativ şəkildə həyata keçirilməsinə əməli köməklik
göstərilməsindən və qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilir.