Gənc aktrisa Dəniz Tacəddindən maraqlı fotosessiya AZpress.AZ saytında! - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmaylov, Minə Türksoy)

Gənc aktrisa Dəniz Tacəddindən maraqlı fotosessiya AZpress.AZ saytında! +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmaylov, Minə Türksoy)

Müsahibimiz gənc aktrisa Dəniz Tacəddindir. Kiçik qəlbinin gözəlliyi sanki üzünə nur gətirmişdi. Müsahibəmizin, fotosessiyamızın necə alınacığını düşünürdük. Görəsən bu xanım aktrisa da bəzi özündən razı xanımlar kimi olacaq? Düşüncələr, fikirlər. Qarşılaşdığımız an tamam fərqli bir xanımla tanış oldum. Sanki , illərdi tanış idik. Necə də səmimi, ürəyə yaxın, gülər üz. Beləcə başladıq həm fotosesiyamıza, həm də kiçik bir dialoqa.


Dəniz xanım özünüz haqqında izləyicilərimizə qısa da olsa məlumat verərdiniz


-Mən Dəniz Tacəddin 1994-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Uşaqlıqdan anam məni hər zaman balet, rəssamlıq, moda, rəqs və sairə kimi uşaq dərnəklərinə apararaq sosiallaşdırmış, bunu da mənim həyat kredoma çevirmişdir. Mən 5 yaşımdan professional musiqi ilə məşqul olmağa başlamişam.


Necə oldu ki, bu sənətə gəldiniz?


-Kino karyeramda debut olaraq, 12 yaşımda Cavid Ömrü bədii filmində Hüseyn Cavidin qizı Turan xanımın obrazını oynamaq mənə nəsib olub. Daha sonra müxtəlif televiziya filmləri, klip və reklam çarxlari kimi layihələrdə iştirak etmişəm.
2013 cü- ildən etibarən Azərbaycanda ilk aktyor agentliyi olan "Actors Agency" ilə əməkdaşlığa, eyni zamanda professional olaraq aktyorluqla məşğul olmağa başlamışam. Müxtəlif layihələrdə özümü sınamışam. Bu seriallar, bədii filmlər, eynilə də teatral layihələr olub. Son ishitrak etdiyim layihələrimdən biri Rusiya istehsalı olan bədii film "Kuxnya. Poslednyaya bitva" olub. Hansının ki, premyerası Rusiyadan əlavə bir çox fərqli Avropa ölkələrində nümayiş olunub. 2018-ci ildə isə Amerikanin Nyu- York şəhərində, hər il keçirilən "Bronx World Cinema" festivalına 2015-ci ildə Debut kinostudiyasında baş rolda cekildiyim "Eliza" Bədii qisa filmim dəvət aldı. Sevindirici haldır ki, həm rejissor (Məzahir Haşımov) həm də aktyor işi jurilər tərəfindən qiymətləndirilmişdir.
Bu günə kimi xaricdə ciddi və dünya tərəfindən qəbul olunan kino məktəblərinin yetirmələri olan həmyerli muəllimlərimizin ustad dərslərinə qoshularaq dərslər almış və özümü hər zaman inkisaf etdirməyə calışıram.


Dəniz xanım gələcək planlarınız, maraqlı layihələriniz barədə nə deyə biləriniz?


-Gələcək planlarımdan isə sentyabr ayında atv kananlının efirində tamaşaçılara təqdim olunacaq serialda baş rolda olduğum yeni serilla sizləri sevindirəcəyəm.
Qalan proektler də hələki , sirr olaraq qalsin (gülümsəyir)
Nəzərinizə çatdıraq ki, Dəniz Tacəddin rejissor Şahirə Tacəddinin qızıdır. Gənc aktrisamıza gələcək planlarında uğurlar arzu edirik və yeni fotosesiyalarımızı Azpress.Az saytında gözləyin. Qeyd edək ki, fotolar AZpress.AZ saytının xüsusi müxbiri Rüstəm Fərman İsmayılova məxsusdur.
Azpress.Az, Minə Türksoy

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !