Qalaktikamızda sirli hərəkət edən planet tapılıb... -

Qalaktikamızda sirli hərəkət edən planet tapılıb...

Nyu-Mexiko Milli Elm Fondu Radio Astronomiya Rəsədxanasının alimləri təxminən iki yüz milyon il yaşı olan qəribə obyekt aşkar ediblər. Hazırda bu göy cismi Günəş sistemindən kənarda - Yerdən 20 işıq ili məsafədə yerləşir.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, yeni planet “Səyahət edən planet” ("Rogue planet") adlandırılıb.

Aşkar edilən obyektin qəribəliyi onun xüsusi parıltısının olmasıdır. "Planet" onun ana ulduzu olmadan səmada səyahət edir. Bu da göy cisimləri üçün son dərəcə qeyri-adi hal hesab edilir. Yupiterdən 12,7 dəfə böyük olan planetin maqnit sahəsi iki yüz dəfə çoxdur və səthinin temperaturu 800 dərəcə selsidir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )