Göy rəng göz üçün təhlükəlidir -

Göy rəng göz üçün təhlükəlidir

İşığa həssas molekulların fotoreseptorlara təsirini öyrənən amerikalı biokimyaçılar sensasiyalı nəticəyə gəliblər. AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, alimlər göy rəngin görmə üçün təhlükəli olduğunu bildirirlər. Çünki bu zaman “A” vitamini aldehidinin – retinalın aktivləşdirici molekulları təsir göstərir. Kalsiumun normadan çox olması nəticəsində gözün tor qişasında hüceyrələr ölməyə başlayır.

Biokimyaçılar xəbərdarlıq edirlər ki, işıq-diod lampalarının və ya kompüter monitorlarının ətrafa yaydığı göy rəng dalğalarının uzunluğu tor qişanın ən zəif seqmentinə - “sarı ləkə”yə təsir göstərir. Xromoforların ilkin vəziyyətə qayıtmasına məhz göy rəng dalğaları mane olur və bununla da tor qişa hüceyrələrini çox zəruri qidalanma mənbəyindən məhrum edir. Bioloqlarla birlikdə çalışan tədqiqatçılar müəyyən ediblər ki, bəzi həşərat növlərində də göy rəngə ifrat həssaslıq müşahidə olunur. Məsələn, bu rəng arılar üçün o qədər cəlbedicidir ki, onlar xarici mənfi təsirlərə məhəl qoymur. Alimlərin sözlərinə görə, vaxtı çatanda nəzəri axtarışlar praktiki müstəviyə, yəni qurğu və cihazların göy işıq dalğalarından tor qişanın müdafiəsi üsullarının axtarışına yönəldiləcək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )