Baytarlıq preparatlarının və qida məhsullarının keyfiyyətinə nəzarətin müasir üsulların tətbiqi... - (+FOTO)

Baytarlıq preparatlarının və qida məhsullarının keyfiyyətinə nəzarətin müasir üsulların tətbiqi... (+FOTO)

AZpress.AZ xəbər verir ki, 19 avqust-1 sentyabr 2018-ci il tarixlərində Koreyada təşkil ediləcək “Baytarlıq preparatlarının və qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsində kromatoqrafiyanın müasir üsullarının tətbiqi” başlıqlı KOICA-nın Ölkə üzrə CIAT Təlim Proqramında iştirak edəcək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qidə Təhlükəsizliyi İnstitutunun 10 dövlət qulluqçucu üçün 9 avqust 2018-ci il tarixində Təqdimat Görüşü keçirilmişdir. Ölkə üzrə Təlim Proqramları hər bir resipient ölkə üçün ayrıca hazırlanır və həmin ölkənin reallıqlarını və tələblərini özündə əks etdirir.

Təlim proqramının məqsədi Koreyada heyvandarlıq məhsulları və ümumi qidalar üçün keyfiyyətə nəzarət siyasətlərini, texnikalarını və sahə tətbiq üsullarının müəyyənləşdirilməsi, kənd təsərrüfatı və heyvandarlıq məhsullarının keyfiyyətinə nəzarət üzrə analitik bacarıqların gücləndirilməsi, Azərbaycanda heyvandarlıq məhsulları və ümumi qidaların keyfiyyətinə nəzarət üzrə rəqabət qabiliyyətinin gücləndirilməsi və gələcəkdə Koreya ilə Azərbaycan arasında qida keyfiyyətinə nəzarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsindən ibarətdir.

Koreyada keçiriləcək 14 günlük təlim zamanı iştirakçılar Koreyanın bir sıra müvafiq qurumlarına belə ki, Koreya Respublikasının Təhlükənin Təhlili və Kritik Məntəqələrin (HACCP) Akkreditasiyası və Xidməti Agentliyi, Yerli Kənd Təsərrüfatı Qidalarının İstehsalı Mərkəzi, Süd Məhsullarının Təhlili Mərkəzi, Qida və Dərman Təhlükəsizliyi Nazirliyi, Hankyong Dövlət Universitetinin Təhlil Mərkəzinə səfər etməklə və mühazirələr dinləməklə Koreyada kənd təsərrüfatı və heyvandarlıq məhsullarının keyfiyyətinin idarə edilməsi, həmçinin kənd təsərrüfatı və heyvandarlıq məhsullarının keyfiyyət təhlilinin idarə olunması üzrə nəzəri və praktiki təcrübə əldə etmək imkanı qazanacaqlar.

Görüşdə KOICA Azərbaycan Nümayəndəliyinin Direktoru xanım Park Kumok təlim iştirakçılarını salamladı və təbrik etdi. Sözügedən təlimin Koreyanın inkişaf təcrübəsinin öyrənilməsi və əldə edilən təcrübənin Azərbaycanın dayanıqlı inkişafına tətbiq edilməsi üçün əla fürsət olduğunu vurğuladı.Xanım həmçinin qeyd etdi ki, təlim iştirakçıları Koreyanın mədəniyyəti, iqtisadiyyatı, siyasəti və tarixi barədə də öyrənə biləcəklər. KOICA Azərbaycan Nümayəndəliyinin Təlim üzrə Koordinatoru xanım Pərvin Qarazadə iştirakçılara sağlamlıq və səyahət sığortası, qalma yeri, günlük məvacib, KOICA-nın qayda və qanunları barədə qısaca məlumat verdi.

Təlim iştirakçıları isə öz növbəsində Koreya Hökumətinə minnətdarlıqlarını bildirdilər və iki hökumət arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yaxından iştirak edəcəklərini vəd etdilər.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )