Cavadxan QASIMOV: - NAXÇIVAN MUXTAR RESPUBLİKASI: FASİLƏSİZ İSTEHSALLA DAHA GÜCLÜ İQTİSADİYYATA DOĞRU

Cavadxan QASIMOV: NAXÇIVAN MUXTAR RESPUBLİKASI: FASİLƏSİZ İSTEHSALLA DAHA GÜCLÜ İQTİSADİYYATA DOĞRU

Ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyaları ilə qüdrətlənən ölkə iqtisadiyyatı davamlı inkişafa istiqamətlənən hədəf və məqsədlərini daha da qətiyyətlə gerçəkləşdirməkdədir. Çox mühüm straeji amillərin məcmusundan ibarət olan bu tədbirlər bütün regionlar kimi milli iqtisadi inkişafda hər zaman söz sahibi olması ilə seçilən Naxçıvan Muxtar Respublikasının istehsal potensialının daha da güclənməsinə xidmət etməkdədir. Azərbaycanda iqtisadiyyatın sosiallaşma proseslərinə köklənməsi onun bu istiqamətdəki təsir imkanlarını da artırmışdır. Xüsusilə, əsas hədəf kimi müəyyənləşdirilən məqsədlər yerli istehsal hesabına daxili bazarın qorunması və artan təlabatların qarşılanması məsələlərini daha da stimullaşdırmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasında əkinçisindən istehsalçısına, alıcısından satıcısına, zəhmətkeşindən müəlliminə qədər hər kəs əmindir ki, dövlət ona qayğı göstərir, onun ehtiyac və təlabatlarının qarşılanmasında çox qətiyyətlidir. Məhz bu inam insanlarda işləməyə və iqtisadi fəaliyyətin bütün sahələrində fəliyyət göstərməyə güclü stimul yaratmaqdadır.
İnkişaf yollarında inamla addımlayan Naxçıvan Muxtar Respublikasında istehsalın hədəflənən səviyyəsi qeyd olunanlarla yanaşı, həm də özündə idxalın məhdudlaşdırılmasını və ixracyönlü məhsulların istehsalının stimullaşdırılmasını da daşımaqdadır. Burada mövcud istehsal müəssisələrinin işləkliyinin təmin edilməsi, yenilərinin açılması yalnız və yalnız fasiləsiz istehsal amilinə xidmət etməkdədir. Sosial-iqtisadi sahələrdə səmərəli tənzimləmə siyasətinin həyata keçirilməsi, qanunvericiliklə müəyyən edilən təşəbbüslərin dəstəklənməsi, iqtisadi idarəetmənin ən çevik və aparıcı qüvvəsi olan sahibkarlıq fəaliyyətinin inkişafı muxtar respublikada istehsalın təlabat qarşısındakı dayanqılığını daha da artırmışdır. 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikasında istehsal edilən ərzaq və qeyri ərzaq məhsullarından ibarət istehsal potensialının formalaşması qeyd etdiklərimizi ifadə etməkdədir. Bunu aşağıdakı şəklin məlumatlarından da görmək olar:

Naxçıvan Muxtar Respublikasında ümumi məhsul növlərinin istehsalı haqqında məlumat (növ)

Bu bir həqəqətdir ki, bütün inkişaf etmiş ölkələr təlabatların dolğun qarşılanmasına yönələn məqsədləri gerçəkləşdirə bilən iqtisadiyyat formalaşdırmaqda, onu inkişaf etdirməkdədirlər. Məhz bu baxımdan da qeyd edə bilərik ki, müasir dövrün hətta dünya üzrə aktuallaşan məsələləri içərisində maddi və qeyri-maddi istehsal sahələrinin davamlı inkişafı məqsədləri əsas yer tutmaqdadır. Bu, Azərbaycan Respublikasının da prioritetləri içərisində özünə mühüm yer tutan amil olaraq qeyd edilə bilər. Bu mənada regionların sosial-iqtisadi inkişafına dövlət siyasətinin çox zəruri tərkib hissəsi olaraq yanaşılır. Təhlillər göstərir ki, muxtar respublikada son 10 ildə ümumi ərzaq məhsullarının istehsal həcmi 1,3 dəfə artmışdır. Bu artım dinamikası ümumi qeyri-ərzaq məhsullarının istehsal həcmində 1,7 dəfə, bütün növlər üzrə istehsal olunan məhsulların istehsal həcmində 1,5 dəfə təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikasında ümumi məhsul növləri istehsalının artıması haqqında məlumat (dəfə)

 

Bu potensial eyni zamanda özündə ölkə iqtisadiyyatının prioritetlərinə aid olmaqla, bir sıra strateji xüsusiyyətləri də daşımaqdadır. Bu da məhz:
- regionların istehsal gücünün artırılması və bu sahədə davam edən islahatların perspektivliyinin diqqətdə saxlanılması ilə;
- ölkə iqtisadiyyatındakı yaradıcı təşəbbüslərin dayanıqlı bazasının daha da gücləndirilməsinə dəstəklə;
- səmərəli regional iqtisadi siyasətin məhsuldarlığa söykənən nəticələri ilə;
- ardıcıl dövlət proqramlarının icrası fonunda səmərəli məşğulluq siyasətinin müəyyənləşdirilməsilə;
- təbii ki, blokadanın təhdidləri və təsirlərinin minimuma endirilməsilə daha da aktuallaşmaqdadır.
Sadalananların hər birini özündə dolğun əks etdirən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafındakı göstəricilərin əsas xüsusiyyətlərindən olan və hazırkı dövrdə çox yüksək mahiyyəti ilə fərqlənən tədbirlərdən biri kimi yerli imkanlar hesabına istehsalın fasiləsizliyini, davamlılığını və təşəkkülünü qeyd edə bilərik. Bu, iqtisadiyyatın dayanıqlığının, ərzaq təhlükəsizliyinin təmin edilməsinin, iqtisadi proseslərin pozitivliyinin göstiricisi olaraq çıxış etməkdədir. Bunu aşağıdakı şəklin məlumatları da göstərməkdədir:

Naxçıvan Muxtar Respublikasında daxili imkanlar hesabına istehsal olunan məhsul növləri haqqında məlumat (növ)


Şəkildən də göründüyü kimi muxtar respublikada yerli imkanlar hesabına istehsalın təşkili və idarə olunması istiqamətində mühüm potensial mövcuddur və bu, strateji mahiyyət kəsb etməkdədir. Tərtib edilən şəkildə də bir daha, muxtar respublikada əhalinin yaşam tərzinin, onun firəvanlığının və dövlət qayğısı ilə əhatə olunmasının ən gerçək ifadəsi öz əksini tapmışdır. Yəni sosiallaşan iqtisadiyyat üçün resurs bolluğu var. 2008-2018-ci illər üzrə artım dinamikasının müqayisəsini aparanda aydın olur ki, yerli imkanlar hesabına ərzaq məhsullarının istehsalı 1,3 dəfə, qeyri-ərzaq məhsullarının istehsalı 1,7 dəfə, bütün növlər üzrə məhsul istehsalının həcmi isə 1,6 dəfə artmışdır. Bu dinamika bir daha göstərir ki, dünyada cərəyan edən siyasi, iqtisadi, hərbi sahələr də daxil olmaqla, çox istiqamətli böhranlar ölkəmizin sosial-iqtisadi inkişafına öz neqativ təsirlərini göstərə bilməmiş və bu gücdə muxtar respublikamızın da böyük istehsal təsiri hesabına formalaşan təkmil regional iqtisadi siyasətinin yüksək əhəmiyyəti vardır.

Naxçıvan Muxtar Respublikasında daxili imkanlar hesabına istehsal olunan məhsul növlərinin artması haqqında məlumat (dəfə)

Beləliklə, Naxçıvan Muxtar Respublikasında milli iqtisadiyyatın perspektivləri üçün zəruri olan bütün addımlar yüksək səviyyədə atılmaqdadır. Sosiallaşma proseslərinin səmərəli təşkilində, iqtisadi dayanıqlığın və müqavimət gücünün artırılmasında çox mühüm əhamiyyətə malik olan bu proseslər güclü istehsal potensialının formalaşdırılmasında olduqca zəruridir.

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !