“İnternat məzunu olan gənclərin ali təhsilə həvəsləndirilməsi” - - Layihə (+FOTO)

“İnternat məzunu olan gənclərin ali təhsilə həvəsləndirilməsi” - Layihə (+FOTO)

AZpress.AZ xəbər verir ki, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnternat məzunu olan gənclərin ali təhsilə həvəsləndirilməsi” layihəsi çərçivəsində yay düşərgəsi başa çatdı. Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi internat məktəblərindən məzun olan gənclərin ali təhsilə marağının, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici düşərgə həyata keçirmək və internat məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir.
Layihə çərçivəsində Azərbaycanın dilbər güşələrindən sayılan İsmayıllı rayonunda yerləşən Qızıl Qaya ailəvi istirahət mərkəzində 4-günlük düşərgə təşkil olundu. Düşərgədə Bakı və Sumqayıt şəhərlərində yerləşən 6 internat məktəblərindən məzun olmuş 18-26 yaş arası 20-nəfər gənc və 10 nəfər ali təhsilli gənclər olmaqla 30 nəfər iştirak edib .
Düşərgə zamanı internat və uşaq evi məzunu olan gənclərə dövlətin internat və uşaq evi məzunu olan gənclər üçün təhsillə bağlı yaratdığı imkanlar və “İMSİ” GİB-nin bu sahədə verə biləcəyi dəstək barədə məlumat verildi. Komanda ruhu formalaşdırmaq üçün qrup işləri və müxtəlif oyunlar təşgil olundu, fərqli internatlardan məzun olan gənclər və bir qrup ali təhsil alan gənclərlə yaxından tanış olub yeni əlaqələr qurmaqla yeni dostlar əldə etdilər. Təlimlərdə əldə etdikləri bilik və bacarıqları möhkəmləndirmək üçün müxtəlif praktik tapşırıqlar və intellektual oyunlar kecirildi.
Layihə çərçivəsində gənclər üçün İsmayıllı rayonu , Lahıc və Diyallı kəndlərinə səfər təşkil olundu. Burada gənclər mükəmməl əl işləri, qədim mədəniyyət, sənətkarlıq irsi və tarixi abidələri ilə tanış oldular. Gənclərimiz, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə İsmayıllı rayonunda “100 illik tariximiz” şüarı altında keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalında iştirak edərək Azərbaycanın bölgələrinin mədəni zənginliyi, özünəməxsusluğu, qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə tanış oldular
Layihənin davamlılığı üçün ikinci hissə Bakı şəhərində davam edəcək .

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )