Ağcabədi rayonunun daha bir kəndinə təbii qaz verilib - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədi rayonunun daha bir kəndinə təbii qaz verilib + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

8 avqust 2018-ci il Ağcabədi rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Şotlanlı kəndi də əlavə olunub. 60 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 175 metr polietilen və uzunluğu 4044 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər sakinləri təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, hazırda Ağcabədi rayonunun Bilağan kəndində və Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qaz xətlərinin çəkilişi davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qaz veriləcək.
Sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.
Fotomüxbir Mais Amin AZpress.AZ
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )