Obyekt sahiblərinə verilən xəbərdarlığın vaxtı bitdi... -

Obyekt sahiblərinə verilən xəbərdarlığın vaxtı bitdi...

AZpress.AZ xəbər verir ki, Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya atılan tüstü axını və qoxuya görə bir müddət əvvəl ETSN tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti artıq başa çatıb.
Müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb.
Qeyd edək ki, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən vəzifəli şəxsin 3500-4500, hüquqi şəxsin 20000-25000 manat məbləğində cərimə olunması nəzərdə tutulur.
Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edərsə Nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcək.

İradə İbrahimova
ETSN-nin mətbuat katibi

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !