Ağacların zədələnməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb -

Ağacların zədələnməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb

AZpress.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Sözügedən ünvana keçirilən baxış zamanı çəpərlənmiş yaşıllıq ərazidə 4 ədəd ağacın zədələndiyi məlum olub. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələri 2 gün ərzində məlum olacaq və nəticələrə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.
Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunub. Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan “məcburi göstəriş” verilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !