Sona Vəliyeva: Şeir yazılacaq...
Bu xəbəri paylaş
Şeir yazılacaq...
İçimdə ünvanı bilinməyən həsrət,
dilimin ucunda
dərdimi çatdırmağa aciz söz...
Sözün içində
ümidin qoruduğu köz...
Qələm maşa,
Hey qurdalauır içimin közünü.
Yana-yana,
dözərək yaşayır ürək,
yeni söz doğulacaq deyə.
Nə gecə bitir, nə şeir dünyaya gəlir.
İçimdə həsrətin odladığı
köz-köz yanıq yeri...
göynədir məni.
Gecəmi,
axtardığm sözə yetmək məsafəmi
uzun eləmə, İlahi!
Sabahacan, sabahacan
söz yanğısından ölməməyə
möhlət səndən,
mədət məndən, İlahi!
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bu xəbəri paylaş

ç ə k i l i ş i və M E D İ A DƏSTƏYİ
www.azpress.az