Məhv edilməkdən xilas olunan ağaclar himayəyə götürüldü... - (+FOTOLAR)

Məhv edilməkdən xilas olunan ağaclar himayəyə götürüldü... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.
Nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.
Xatırladaq ki, 23 iyul 2018-ci il tarixində Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı Nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !