Mədəniyyət Nazirliyi müğənni Zara Mqoyanla bağlı açıqlama verdi... - (+FOTOLAR)

Mədəniyyət Nazirliyi müğənni Zara Mqoyanla bağlı açıqlama verdi... (+FOTOLAR)

Xəbər verdiyimiz kimi 26-29 iyul tarixlərində Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Sözügedən musiqi festivalında isə erməni əsilli müğənni Zara Mgoyanın iştirak etməsi heç də birmənalı qarşılanmayıb. Belə ki, Zara Mgoyanın şəxsi “İnstagram” hesabından qondarma erməni soyqırımı ilə bağlı etdiyi paylaşımı da izləyicilərdə qəzəb doğurub.

Bununla bağlı Bizimyol.info Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlamağa cəhd edib.

Mədəniyyət və Turizm Nazirliyinə məxsus 012 498-18-26 nömrəsindən zəngimizə cavab verən və özünü təqdim etməkdən imtina edən əməkdaş bildirdi ki, Mədəniyət və Turizm nazirliyi “Jara” musiqi festivalının keçirilməsinə cavabdeh deyil. Bu festivalla bağlı məsuliyyəti “Jara” musiqi festivalının təşkilatçıları daşıyır.

Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovla əlaqə yaratmaq üçün 012-498-2062 nömrəsinə zəng etdik, zəngimizə cavab verən və soyadını söyləmək istəməyən Məhəmməd adlı şəxs İntiqam Hümbətovun yerində olmadığını bildirdi. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !